logo

Türkiyənin bir sıra bölgələrində təkrar bələdiyyə seçkiləri keçiriləcək

09:09 07-05-2024 | icon 2149
Türkiyənin bir sıra bölgələrində təkrar bələdiyyə seçkiləri keçiriləcək

Türkiyənin bir sıra rayonlarında iyunun 2-də təkrar bələdiyyə seçkiləri keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmed Yener bildirib.

Onun sözlərinə görə, Ali Seçki Komissiyası martın 31-də keçirilən ümumxalq səsverməsi ilə bağlı bütün müraciət və şikayətlərə baxıb.

“Aksaray əyalətinin Güzelyurt, Kayseri əyalətinin Pınarbaşı, Şanlıurfa əyalətinin Hilvan, Sivas əyalətinin Yıldızeli Güney Kaya, Tunceli əyalətinin Mazgirt, Kırıkkale əyalətinin Lüleburqaz və Aksaray əyalətinin Sağlıq bölgəsində təkrar seçkilərin keçirilməsi qərara alınıb”, – deyə sədr bildirib.

O xatırladıb ki, mart seçkilərinin nəticələrinə görə, Türkiyənin 30 böyük şəhər bələdiyyəsindən 12-də hakim Ədalət və İnkişaf Partiyasının namizədləri, 14-də Cümhuriyyət Xalq Partiyasının tərəfdarları, 3-də Xalqların Birliyi və Demokratiya Partiyasının namizədləri, 1-də “Yeni Rifah” Partiyasının namizədi qalib gəlib. Seçici fəallığı 80 faizdən çox olub.

“Bir sıra kiçik hallar istisna olmaqla, seçkilər təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilib. Bütün siyasi qüvvələr səsvermənin nəticələri barədə vaxtında məlumatlandırılıb”, - deyə Türkiyə Ali Seçki Komissiyasının sədri bildirib.