logo

Slovakiyanın baş nazir Azərbaycana rəsmi səfərə gəlib

21:43 06-05-2024 | icon 1043
Slovakiyanın baş nazir Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiyanın baş naziri Robert Fitsonu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.