Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib
Azərbaycan İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin baş naziri Məhəmməd Şiya Əs-Sudani ilə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə baş nazir Məhəmməd Şiya Əs-Sudani onun salamlarını Azərbaycan prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, xalqımıza davamlı inkişaf və rifah arzulayıb.
Qeyd olunub ki, dost Azərbaycan ilə energetika, iqtisadiyyat, investisiya, turizm, təhsil və infrastruktur sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi məqsədilə mövcud potensialdan bəhrələnmək vacibdir.
M. Əs-Sudani son iki il ərzində ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, ötən il noyabrın 20-21-də İraq prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını bildirib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına böyük təkan verdiyini diqqətə çatdırıb.
Baş nazir 2023-cü ilin dekabrında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, bu ilin martında isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun İraqa səfərləri zamanı aparılan müzakirələrin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın potensialının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu bildirib.
Səfir N. Məmmədov qəbula görə təşəkkürünü ifadə edib, Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İraqın Baş nazirinə çatdırıb.
Azərbaycanla İraq arasında bir çox sahələrdə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı vurğulayan diplomat münasibətlərin daha da yaxınlaşması üçün böyük potensialın olduğunu deyib.
Diplomat Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi və sədrlik etməyə hazırlaşdığını diqqətə çatdırıb. İraqı təmsil edəcək nümayəndə heyətinin sessiyanın işinə töhfəsini verəcəyinə əminliyini bildirib.
Dünyanın əksər ölkələrinin əziyyət çəkdiyi qlobal istiləşmə, səhralaşma və quraqlıq kimi iqlim dəyişmələri, onun ətraf mühitə təsirləri fonunda COP29-un zəruriliyini vurğulayan baş nazir İraq tərəfinin tədbirdə geniş nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
İtkin düşmüş 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib-DİN
Bu il də 150 bal ali məktəbə qəbul üçün yetərli olacaq
"Şahdağ"da qar örtüyünün hündürlüyü 5 sm-ə çatır
Azərbaycan nefti 84,82 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Həştərxanda Xəzər Media Forumu keçiriləcək
Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib
Kazanda İƏT Gənc Sahibkarların X Beynəlxalq Forumu keçirilir
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Belarus sənədləri imzalanıb
Azərbaycanda əhalinin sayı 10 milyon 190 min nəfərə çatır
İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib
Rusiya-Çin ticarət dövriyyəsi 240 milyard dollara yüksəlib
Sabah Bakıda arabir yağış yağacaq,17° isti olacaq
Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik-XİN
Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
Qaradağ rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb
Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb
Belarus prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda apreldə gündəlik neft hasilatı 596 min barel olub