logo

2022-ci ildə  “Azəri-Çıraq-Günəşli”dən 9,8 milyard dollar gəlir götürülüb

19:49 10-01-2023 | icon 1603
2022-ci ildə  “Azəri-Çıraq-Günəşli”dən 9,8 milyard dollar gəlir götürülüb

2022-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağından 9 milyard 889 milyon ABŞ dolları gəlir əldə edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Neft Fondundan bildirilib.

Qeyd edilib ki, bir il ərzində “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 443 milyon dollar gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.