logo

Yevlaxda keçmiş polis serjantı qətlə yetirilib

09:09 08-01-2023 | icon 931
Yevlaxda keçmiş polis serjantı qətlə yetirilib

Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

A.Sadıqov əvvəllər Yevlax rayon Polis Şöbəsində polis serjantı kimi xidmət edib.

Araşdırmalar davam etdirilir.