logo

"Qarabağ" dünya reytinqində 83-cü-dür

15:30 11-11-2022 | icon 1162
"Qarabağ" dünya reytinqində 83-cü-dür

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

YeniAvropa  IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

Aktivində 143,5 xal olan "köhlən atlar" 8 pillə irəliləyərək 83-cü olub.

İlk "3-lük"də 329 xalla "Flamenqo" (Braziliya), 311 xalla "Liverpul" (İngiltərə) və 308 xalla "Palmeyras" (Braziliya) qərarlaşıb.