logo

Xətai rayonunda əməliyyat: 27 narkotacir saxlanılıb

13:33 10-09-2022 | icon 644
Xətai rayonunda əməliyyat: 27 narkotacir saxlanılıb

Xətai rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında son bir həftə ərzində “Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələrində, Mirzə Davud, Məhəmməd Hadi küçələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 27 nəfəri saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkarlanıb. Onlar əldə etdikləri narkotiklərin istifadəsi ilə yanaşı qeyd olunan ərazilərdə satışını təşkil ediblər.

Saxlanılanların cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.