logo

Azərbaycan UEFA reytinqində xal ehtiyatını yenə artırıb

09:29 29-07-2022 | icon 1281
Azərbaycan UEFA reytinqində xal ehtiyatını yenə artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

YeniAvropa xəbər verir ki, bu, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin evdə müvafiq olaraq, Macarıstanın “Fehervar” (2:1) və Kiprin “Aris” klublarına (3:0) qalib gəlməsi, “Zirə”nin isə İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub. Üç komanda birlikdə ölkəmizin aktivinə daha 0,625 xal gətirib.

Azərbaycan bu mövsüm üzrə xal sayını 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.