logo

Masallıda mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb

16:16 25-08-2022 | icon 1358
Masallıda mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.