logo

Tacikistanda cinayət törədən qadın Bakıda tutuldu

17:58 19-07-2022 | icon 763
Tacikistanda cinayət törədən qadın Bakıda tutuldu

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Tacikistan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində bu ölkənin ərazisində cinayət törətmiş Mirzagaeva Mahbuba Abdusamievnanın cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.

Baş Prokurorluqdan YeniAvropa-ya bildirilib ki, Mahbuba Mirzagaeva iyulun 19-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistana təhvil verilib.

Qeyd edək ki, Mahbuba Mirzagaevanın xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunmuşdu.