logo

Sinoptiklərdən yağış və güclü külək xəbərdarlığı

15:15 21-06-2022 | icon 672
Sinoptiklərdən yağış və güclü külək xəbərdarlığı

İyunun 22-si günün ikinci yarısından iyunun 23-ü axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr, arabir 23-28 metr olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, iyunun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 24-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 15-20, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyə olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.