Azərbaycanda dəyəri 2,3 milyard manat olan 51 aqropark yaradılır
Hazırda respublikanın 32 rayonu üzrə 239 min 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşmışdır. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.
YeniAvropa xəbər verir ki, bu barədə Qusar rayonunun, Kuzunqışlaq kəndində yaradılan aqroaparkda meyvə bağlarından məhsul yığımına başlanılması ilə əlaqədar bir qrup media nümayəndəsinin iştirakı ilə təşkil olunan mediaturda məlumat verilib. Bildirilib ki, 300 hektar ərazidə yaradılan aqroaparkda 290 hektar intensiv meyvə bağları salınıb, müasir damlama suvarma sistemi qurulub. Ötən il aqroparkda 17 min 485 ton məhsul əldə edilib. Aqroparka İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 15 milyon manat güzəştli kredit verilib. Bundan başqa, nazirlik tərəfindən verilən investisiya təşviqi sənədi sayəsində sahibkar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 2,86 milyon manat qənaət edib.
200 nəfərin daimi, 150 nəfər isə mövsümi işlə təmin edildiyi aqroparkda 264 hektar alma, 6 hektar gavalı, 19 hektar intensiv gilas bağları salınıb.
Aqroparkda müasir soyuducu anbar, çeşidləmə-qablaşdırma avadanlığı var.
Mediaturda bildirilib ki, aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində elmi yanaşma və qabaqcıl texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması və maya dəyərinin aşağı salınması, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması və ixrac potensialının artırılması ilə yanaşı, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə töhfələr verməkdədir.
Dövlət tərəfindən aqroparkların yaradılmasına və inkişafına dəstək tədbirləri həyata keçirilir. İndiyədək 25 aqroparka bu məqsədlə 184 milyon manat dövlətin güzəştli krediti ayrılıb, o cümlədən 26-na investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 milyon manat qənaət (gömrük rüsumu və ƏDV) edib.
Hazırda aqroparklarda ümumi olaraq 4500-dək işçi daimi, 6300-dən çox işçi isə mövsümü çalışır.
Sabah 11 cüdoçumız Budapeşt “Böyük dəbilqə”sində mübarizəyə başlayır
Türkmənistan Azərbaycanla enerji təchizatının şaxələndirilməsini müzakirə edib
Bakıda Əlcəzairin müstəqillik günü qeyd edilib
Nəqliyyat sahəsində Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub
Gürcüstan Azərbaycan və Ermənistan deputatlarına Tbilisidə görüş təklif edir
Azərbaycanı Budapeşt "Böyük dəbilqə"sində 11 cüdoçu ilə təmsil olunacaq
Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
Bakıda havanı çirkləndirən restoranlar cərimələnib
Şabranda ağır avtoqəza: 3 nəfər ölüb
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 359 min nəfərə çatır
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxdu
Azərbaycan qazını Bolqarıstana nəql edən boru kəmərinin istismara verilib
Şahin Mustafayev İranın energetika nazirini qəbul edib
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
İranın Ali Təhlükəsizlik Şurasının katibi Ermənistana gedir
Xaçmazda 18 yaşlı gənc dənizdə boğulub
İlham Əliyev Ramanada görülən abadlıq işləri ilə tanış olub
İlham Əliyev Ramanada görülən abadlıq işləri ilə tanış olub
Milli Məclisin plenar iclasının gündəliyinə dəyişiklik edilib
İsmayıllıda aşan irigövdəli çinar 3 saat yol bağladı
Bakıda Azərbaycan-İran enerji layihələrinin icrası müzakirə edilib
Sabah Bakıda 33° isti olacaq
“Demokratik.az” saytının baş redaktoru həbs edilib
Britaniya 10 min Ukrayna hərbçisinə təlim keçəcək:İlk qrup artıq Londana gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb