logo

Ceyhun Bayramov Düşənbədə Sergey Lavrovla görüşüb

17:27 12-05-2022 | icon 2611
Ceyhun Bayramov Düşənbədə Sergey Lavrovla görüşüb

Mayın 12-də Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər. Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.