logo

Bir az da gözləmək məsləhətdir-səhiyyə naziri

16:58 10-05-2022 | icon 2947
Bir az da gözləmək məsləhətdir-səhiyyə naziri

Ölkəmizdə xüsusi karantin rejiminin tamamilə ləğv olunması məsələsində tələskənliyə yol verməmək, gözləmək məsləhətdir.

 YeniAvropa xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə müsahibəsində deyib.

“Məlumdur ki, ölkəmizdə qapalı məkanlarda maska istifadəsi tələbi ləğv olunub. Demək olar ki, xüsusi karantin rejiminə dair çox az sayda məhdudiyyətlər qalıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klyugenin ölkəmizə səfəri zamanı da bununla bağlı müzakirələr aparılıb. O da öz açıqlamalarında qeyd etmişdi ki, payız aylarında xüsusilə diqqətli olmalıyıq. SARS-CoV-2 dəfələrlə mutasiyaya uğradığından yeni variantların meydana gəlib-gəlməyəcəyini bilmədiyimizdən hələ ki, gözləmək məsləhətdir”, - deyə nazir bildirib.