logo

Kremldən Özbəkistanda dövlət çevrilişinə cəhd barədə açıqlama

17:45 11-01-2022 | icon 1939
Kremldən Özbəkistanda dövlət çevrilişinə cəhd barədə açıqlama

“Rusiya tərəfi Qazaxıstanda baş verən hadisələr fonunda Özbəkistanda dövlət çevrilişi hazırlamaq cəhdinin mümkün olması ilə bağlı danışıqlarda iştirak etmir”.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Xatırladaq ki, bir qədər əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Özbəkistanda dövlət çevrilişi ehtimalı riskindən danışmışdı.

“Daha doğrusu, bu, Minsk və Daşkənd arasında ünsiyyət mövzusudur və bu baxımdan biz danışıqlarda iştirak etmirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.