logo

Mövlud Çavuşoğlu:"Ermənistan belə təxribatlarla yalnız itirəcək”

17:57 17-11-2021 | icon 371
Mövlud Çavuşoğlu:"Ermənistan belə təxribatlarla yalnız itirəcək”

Can Azərbaycan tək deyil, tək də olmayacaq. Azərbaycanı tək buraxmarıq. Ermənistanın təxribatları Azərbaycan torpaqlarında terror hücumudur.

 YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreyndə keçirilən mətbuat konfransında söyləyib.

Nazir deyib: “Regionda sülh və sabitlik üçün birlikdə addımlar atacağıq. Ermənistan bununla razılaşarsa, biz də varıq. Amma Ermənistan belə təxribatlarla yalnız itirəcək”.

Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi imzalamaq təklifi edib. “Yəni müharibədə qalib gələn və güclü olan tərəf bunu etdi. Ermənistan isə atəşkəsdən dərhal sonra bəzi əsgərlərini Azərbaycan torpaqlarına sızdıraraq əsgərimizə hücum etdi. Bu mövqe yanlışdır”, - deyə nazir vurğulayıb.