logo

Bakıda 3-cü mikrorayon bazarı istiqamətində yol bağlanır

21:13 06-10-2021 | icon 3157
Bakıda 3-cü mikrorayon bazarı istiqamətində yol bağlanır

Oktyabrın 7-də Nəsimi rayonu, Alı Mustafayev küçəsində aparılan yenidənqurma işləri çərçivəsində səhər saatlarından axşama kimi Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. 

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bu səbəbdən Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.