logo

Paşinyan:"Regionda bütün nəqliyyat dəhlizlərinin açılmasının tərəfdarıyıq"

15:45 04-10-2021 | icon 2352
Paşinyan:"Regionda bütün nəqliyyat dəhlizlərinin açılmasının tərəfdarıyıq"

Region ölkələrinin və cəmiyyətlərin təcridini yüngülləşdirəcək, yalnız dinc və yanaşı yaşamağa şərait yaradacaq layihələr, bölgədəki kommunikasiyaların blokdan çıxarılması ssenariləri hazırlanmalıdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan litvalı həmkarı İnqrida Simonyte ilə görüşdən sonra söyləyib.

Regionda bütün kommunikasıya və nəqliyyat dəhlizlərinin açılmasının tərəfdarı olduğunu vurğulayan Paşinyan deyib: "Biz ardıcıl olaraq bütün məsələləri həll edərkən fikirlərimizi ictimaiyyətə detallarla çatdırmalıyıq. Bu istiqamətdə regional əlaqələrin qurulması çox vacibdir. Kommunikasiyaların və yolların açılması üçün təsirli ssenarilər hazırlanmalıdır”.