Qəbələdə istirahət mərkəzində nöqsanlar aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
FHN-dən YeniAvropa-ya bildirilib ki, bu məqsədlə, Xidmət tərəfindən Qəbələ rayonu, Qəmərvan kəndi ərazisində yerləşən istirahət mərkəzində aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində insan həyat və sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradan çoxsaylı nöqsanların mövcud olduğu aşkar edilib.
Belə ki:
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
- odadavamlılığın artırılması üçün tikililərin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;
- tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyekt normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz edilməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, elektrik işlədicilərinin yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib.
Beləliklə, mövcud vəziyyət, o cümlədən obyektdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması baş verə biləcək yanğın zamanı vəziyyətə operativ müdaxilənin mümkünsüz olacağını, bununla da yanğının qısa zamanda geniş sahəyə yayılmaqla faciəni qaçılmaz edəcəyini deməyə əsas verir.
Göstərilən nöqsanlar nəzərə alınmaqla, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 28-ci maddəsini və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Qəbələ rayonu, Qəmərvan kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzində işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb