Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında erməni yalanlarına cavab verib
Sentyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransında ümumi müzakirələrdə çıxış edib.
YeniAvropa xəbər verir ki, Sahibə Qafarova müasir dövrün çağırışları qarşısında dünya ictimaiyyətinin bütün imkan və səylərinin birləşdirilməsinin beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında davamlı dialoqdan çox asılı olduğunu bildirib. Qeyd edib ki, parlamentlərarası əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyəti bu kontekstdə xüsusilə vurğulanmalıdır. Parlament diplomatiyasının sülh və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolu qeyd edən Sahibə Qafarova deyib ki, bu, ilk növbədə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərə hörmətin təşviq edilməsi vasitəsilə həyata keçirilməlidir.
Milli Məclisin sədri qeyd edib : “Parlamentlərin, eləcə də parlamentlərarası əməkdaşlıq platformalarının həm milli, həm də beynəlxalq səviyyədə qərar qəbuletmə prosesinə təsiri üçün xüsusi mexanizmlərə və əsas vasitələrə malik olması qanunverici orqanların beynəlxalq münasibətlərdə əhəmiyyətli rol oynamasını şərtləndirir. Bu, parlamentlərin qlobal idarəetmənin əhəmiyyətli bir komponentinə çevrilməsinin yolunu açır. Bu mənada, hesab edirəm ki, parlament spikerlərinin 2000-ci ildə keçirilən Ümumdünya Konfransının ardınca BMT ilə işləmək üçün parlament ölçüsünün yaradılması tarixi və strateji bir addım idi”.
S.Qafarova əlavə edib ki, bu gün parlamentlər BMT-nin fəaliyyətinə iki mexanizm - üzv dövlətlərin təşkilatda daimi nümayəndəlikləri vasitəsilə və birbaşa müraciət etməklə təsir edə bilərlər. Yeni təsir mexanizmlərindən danışarkən, Parlamentlərarası İttifaqın təşkilati və vasitəçilik roluna diqqət çəkən Sahibə Qafarova deyib ki, BMT-də müzakirə olunan qlobal miqyaslı məsələlər, qəbul edilən qərarlar barəsində məlumatların milli parlamentlərə, milli parlamentlərin mövqelərinin isə BMT-yə çatdırılması Parlamentlərarası İttifaqın fəaliyyətinin yeni mühüm bir istiqamətini təşkil edə bilər.
Milli Məclisin sədri çıxışında Ermənistan spikerinin səsləndirdiyi əsassız iddialara cavab verib. Deyib ki, Ermənistan yalan iddialarını təkrar etməkdən əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yaradan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunmuş üçtərəfli bəyanatların tələblərini yerinə yetirməlidir.
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır