logo

Qazaxda qardaş qardaşı bıçaqladı

20:50 06-09-2021 | icon 8974
Qazaxda qardaş qardaşı bıçaqladı

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Qaracayev Mustafa Məhəmməd oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 47 yaşlı kişini qardaşı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.