logo

Daha bir müəllim COVİD-19-dan dünyasını dəyişib

19:30 06-09-2021 | icon 1631
Daha bir müəllim COVİD-19-dan dünyasını dəyişib

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib. 

YeniAvropa xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Rəna Əhədova COVID-19-dan dünyasını dəyişib. 

Yaxınlarının sosial şəbəkədə paylaşdığı məlumata görə, 52 yaşlı müəllim 1991-ci ildən AzTU-da voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb.