logo

Müdafiə Nazirliyində kadr dəyişikliyi edilib

12:51 01-09-2021 | icon 1736
Müdafiə Nazirliyində kadr dəyişikliyi edilib

Azərbaycan Respublikasının müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsi isə xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə olunub.