UEFA ÇL: "Olimpiakos" minimal hesabla "Neftçi"yə qalib gəldi
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu keçirilib.
YeniAvropa xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
"Neftçi" görüşü ənənəvi 4-5-1 taktikası ilə keçirib. Qapıçı Aqil Məmmədovun önündə mərkəz müdafiəçiləri qismində Mamadu Mboc, Mert Çelik və Voislav Stankoviç, cinahlarda isə Yusuf Laval və Harramiz Suareş qərarlaşıb. Yarımmüdafiədə kapitan Emin Mahmudov, Mamadu Kane, Sezar Meza Kolli və Sabir Buqrin yer alıb. Yeganə hücumçu kimi isə ilk "11-liy"ə Namik Ələskərov düşüb.
Görüşün ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. "Olimpiakos"un hücumlarına "Neftçi" layiqincə cavab verməyi bacarıb. Hətta Namik Ələskərov və Emin Mahmudov real qol imkanlarını qaçırıb. Əvəzində yerli komanda 29-cu dəqiqədə adi vəziyyətdən fərqlənməyi bacarıb. Məhəmməd Kamara qapıçı Aqil Məmmədovun irəli çıxdığını görərək, topu ustalıqla onun başı üzərindən tora qovuşdurub.
İlk yarının sonları insidentlərlə yadda qalıb. 40-cı dəqiqədə "Neftçi"nin baş məşqçisi Samir Abasov baş hakim Joau Pinyeyrunun qərarına etiraz etdiyi üçün sarı vərəqə alıb. Bundan sonra Abasovun olduğu skamyanın arxasındakı yunan fanatlar ona söz atmağa başlayıblar. 43 yaşlı mütəxəssis təxribatçı hərəkətlərə cavab verməyi lazım bildikdə azarkeşlər daha da qızışaraq, ona tərəf yeriyiblər. Yalnız baş hakimin müdaxiləsindən sonra ara sakitləşib.
Bununla belə, 43-cü dəqiqədə qol müəllifi Kamara "Neftçi"nin hücumçusu Namik Ələskərova qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb. Ələskərov isə oyuna davam edə bilməyərək, yerini Mirabdulla Abbasova verib. İlk yarını "Olimpiakos"un 1:0 hesabı ilə öndə tamamlayıb.
Fasilədən sonra "ağ-qaralar" say üstünlüyündən yararlanmaq üçün hücumlarını davam etdiriblər. Lakin cəhdlər nəticə verməyib. 63-cü dəqiqədə isə Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun qarşısını sifətinə təpik zərbəsi endirərək kəsdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Nəticədə meydanda hər iki komanda 10 oyunçu ilə qalıb.
Bundan sonra "Olimpiakos" yenidən üstünlüyü ələ alıb. "Neftçi" isə müdafiəyə çəkilərək, əks-hücumlara bel bağlayıb. Futbolçuların yorğunluğu üzündən oyunun tempində eniş də nəzərə çarpıb. Görüşün axırlarında Azərbaycan komandasının heyətində daha iki dəyişiklik baş verib. Sabir Buqrini Ömər Buludov, Emin Mahmudovu isə yeni transfer Romen Bask əvəzləyib. Lakin hesab sonadək dəyişməyib. "Neftçi" minimal hesabla məğlub olub.
Bu komandalar arasında cavab görüşü iyulun 28-də "Bakcell Arena"da keçiriləcək.
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır