logo

İlk 5 ayda Azərbaycanda 47 mindən çox körpə doğulub

09:08 16-07-2021 | icon 1540
İlk 5 ayda Azərbaycanda 47 mindən çox körpə doğulub

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 47 min 156 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə qalıb (11,4).

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.Qeyd edilib ki, doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1180-i əkiz, 30-u isə üçəmdir.

Beş ay ərzində ölkədə 31 min 849 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib.