Azərbaycan Olimpiya komandasının idman geyimlərinin təqdimatı olub
“Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının istifadə edəcəyi idman geyiminin iyulun 13-də təqdimatı olub.
YeniAvropa xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Akademiyanın rektoru Fuad Hacıyev, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə “Tokio-2020” Yay Olimpiya Oyunlarından bəhs edən videoçarx yayımlanıb.
Ç.Hüseynzadə, İ.İsmayılov və F.Hacıyev mərasimdə çıxış edərək komandamızın Olimpiadaya tam hazır olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanın “Tokio-2020”yə qalib ölkə kimi qatıldığı, idmançılarımızın qələbə qazanacaqları təqdirdə “Zəfər günləri” tədbirinin təşkil olunacağı, yığmamızın ilk dəfə iştirak etdiyi Atlanta Yay Olimpiya Oyunlarının 25 illiyi münasibətilə filmin hazırlandığı da vurğulanıb.
Səfir C.Vada Yaponiyanın Olimpiya Oyunlarına tam hazır olduğunu deyib, Azərbaycanda idmanın inkişafından danışıb və milli komandamızın Olimpiadada uğurla çıxış edəcəyinə əminliyini bildirib.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Sonda Azərbaycanın Olimpiya komandasının idman geyiminin təqdim olub. Azərbaycanın milli-mənəvi dəyərlərinə əsasən hazırlanan dəstdə milli ornament olan şəbəkədən istifadə edilib. Geyimi modellərlə yanaşı, komandamızın bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova da təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan “Tokio-2020”də 44 idmançı ilə təmsil olunacaq.
Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə təxirə salınıb. Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
804-cü gün:Rusuya Ukrayna müharibəsində 476 mindən çox hərbçisini itirib
Yağıntılı hava şəraiti mayın 9-dək davam edəcək
AZAL Bakı-Dubay aviareysinə xüsusi təkliflər edir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Türkiyənin bir sıra bölgələrində təkrar bələdiyyə seçkiləri keçiriləcək
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə olunub
Slovakiyanın baş nazir Azərbaycana rəsmi səfərə gəlib
Xəzər dənizində dalğanın hündürlüyü 3,4 metrə çatıb
Azərbaycan və Özbəkistanın İcbari Tibbi Sığorta qurumları əməkdaşlıq edəcək
Futzal millimiz FIFA reytinqdə 29-cudur
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
12 taekvondoçumuz Avropa çempionatına yollanır
Azərbaycan-Ermənistan sərhədində artıq 40 sərhəd dirəyi quraşdırılıb
Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
AZAL yayda 60-dək istiqamət üzrə uçaşlar təşkil edəcək
Almatıda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin konturlarının çiziləcək?
I Qarabağ müharibəsinin 4 itkin şəhidi sabah dəfn ediləcək
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Krımda Rusiyaya məxsus daha bir hərbi gəmi məhv edilib
Millimiz "EURO-2025"in seçmə mərhələ oyunlarını Moldovada keçirəcək
22 samboçusu Avropa çempionatına yollanacaq