logo

58 yaşlı Xırdalan sakini istirahətə getdiyi İsmayıllıda göldə batdı

15:13 10-07-2021 | icon 4158
58 yaşlı Xırdalan sakini istirahətə getdiyi İsmayıllıda göldə batdı

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

 YeniAvropa xəbər verir ki, İsmayıllıya istirahətə gələn Abşeron rayonunun Xırdalan şəhər sakini 1963-cü il təvəllüdlü Həsən Əli oğlu Qəhrəmanov İstisu kəndi ərazisindəki göldə çimərkən suda boğularaq ölüb.

Onun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.