logo

Əlilllərlə bağlı yeni qanun layihəsinə  13 deputat səs vermədi

16:56 11-06-2021 | icon 2107
Əlilllərlə bağlı yeni qanun layihəsinə  13 deputat səs vermədi

İyunun 11-də keçirilən Milli Məclisin növbədənkənar plenar iclasında əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar ikinci oxunuşda təsdiq edilib.

YeniAvropa xəbər verir ki,  "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalar tətbiq ediləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin ikinci oxunuşda 13 deputat əlyehinə səs verib. Onların arasında Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Aqil Abbas da var.