logo

Sabah Sumqayıtın  bir hissəsində içməli su olmayacaq

18:48 01-06-2021 | icon 1967
Sabah Sumqayıtın  bir hissəsində içməli su olmayacaq

İyunun 2-də Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə "Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb  şəhəri içməli su ilə təmin edən 1000 millimetr diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsidir. Təmir işləri başa çatandan sonra şəhərə suyun verilməsi bərpa ediləcək.