logo

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib

18:30 31-05-2021 | icon 1890
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirilməsi ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli PUA bölmələrimiz tərəfindən aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib.