logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 47 min nəfəri ötüb

20:33 29-05-2021 | icon 5747
Türkiyədə koronavirusdan ölənlərin sayı 47 min nəfəri ötüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 48 min nəfərə yaxınlaşır. Aprelin 29-dan mayın 17-dək ölkədə tam qapanma şəraitində tətbiq olunmuş “Evdə qal” rejimi gündəlik yoluxmadakı əhəmiyyətli azalma yaratsa da, hazırda COVID-19 virusundan reanimasiyada olanların sayı 1391 nəfərdir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, mayın 29-da ölkə üzrə 222 min 613 nəfər koronavirus testindən keçirilib. Onlardan 7 min 656 nəfərdə infeksiya aşkarlanıb, 605 nəfər xəstəxanalara yerləşdirilib. Son sutkada 11 min 180 xəstə sağalıb. Gün ərzində daha 137 nəfərin ölməsi ilə dünyasını dəyişənlərin sayı 47 min 271 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində həftə sonu “Evdə qal” rejiminin tətbiqi davam edir. Mayın 28-də yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal” rejimi mayın 31-də saat 05:00-da başa çatacaq.