logo

Azad Rəhimovun nəşi Bakıya gətirilir

16:26 30-04-2021 | icon 2044
Azad Rəhimovun nəşi Bakıya gətirilir

Gənclər və idman naziri Azad Rəhimov ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, A.Rəhimovun nəşi bu gecə Bakıya gətiriləcək. Nazirin cənazəsinin ölkəyə gətirilməsi üçün müvafiq sənədləşmə işləri aparılır.

Qeyd edək ki, bu ilin yanvar ayında  ağır vəziyyətdə müalicə üçün ABŞ-a aparılan gənclər və idman naziri Azad Rəhimova ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub.

Xatırladaq ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.O, Azərbaycan SSR Nazirlər Sovetinin sədri(1954-1958) olmuş Sadıq Rəhimovun nəvəsidir.

Evlidir. Bir oğlu var. Oğlu Arıf Rəhimov  "Formula 1 Azərbaycan Qran Pri"sini rəhbəridir. 

Azad Rəhimov 2006-ci ildə gənclər və idman naziri təyin edilib.