logo

Azad Rəhimov Bakıya gətirilməyib?

21:51 29-04-2021 | icon 1834
Azad Rəhimov Bakıya gətirilməyib?

Gənclər və İdman Nazirliyi Azad Rəhimovun Bakıya gətirilməsi xəbərinə münasibət bildirib.

YeniAvropa xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlamasında bildirib ki, Azad Rəhimov hələ də ABŞ-dadır, vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, bu gün yerli KİV-lərdə 56 yaşlı nazirin artıq Bakıya gətirildiyi, koma vəziyyətində süni nəfəs aparatına qoşulduğu bildirilirdi.

Bu ilin yanvar ayında  ağır vəziyyətdə müalicə üçün ABŞ-a aparılan gənclər və idman naziri Azad Rəhimova ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub.

Xatırladaq ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.O, Azərbaycan SSR Nazirlər Sovetinin sədri(1954-1958) olmuş Sadıq Rəhimovun nəvəsidir.

Evlidir. Bir oğlu var. Oğlu Arıf Rəhimov  "Formula 1 Azərbaycan Qran Pri"sini rəhbəridir. 

Azad Rəhimov 2006-ci ildə gənclər və idman naziri təyin edilib.