logo

Kəmaləddinin Zığdakı Hospitalının həbs edilən baş həkimi stomatoloq çıxdı

16:56 25-04-2021 | icon 2394
Kəmaləddinin Zığdakı Hospitalının həbs edilən baş həkimi stomatoloq çıxdı

Xəbər verdiyimiz kimi, koronavirus xəstələrini rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsinə görə onların yaxınlarından rüşvət alan Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin Ağayev İmran Əliağa oğlu Baş Prokurorluq tərəfindən saxlanılıb.

 YeniAvropa xəbər verir ki, həbs edilən baş həkim eyni zamanda paytaxtın Nərimanov rayonundakı özəl klinikaların birində- “MediStyle” Hospitalın  həkim kollektivi arasında bu günədək yer almaqdadır və stomotoloqdur.

“MediStyle”nin saytındakı(https://msh.az/view.php?lang=az&menu=doctors&id=28) məlumatdan belə aydın olur ki, Ağayev İmran Əliağa oğlu 1998-2003-cü illərdə  Azərbaycan Tibb Universitetində stomatoloq ixtisası üzrə təhsil alıb.

2003-2004-cü illərdə stomatoloq ixtisası üzrə Respublika Stomatoloji Mərkəzində internatura, 2006-2010-cu illərdə isə  Azərbaycan Tibb Universitetində aspirantura pilləsini bitirib. 

2009-cu ildən bəri Azərbaycan Respublikası Gömrük Komitəsinin Mərkəzi Qospitalının stomatoloqudur. Bundan başqa, Avropa Diş İmplantoloqları Assosiasiyasında üzvlüdür.



Qeyd edək ki, İmran Ağayevin, həm də, fövqəladə hallar nazirinin müavini general Faiq Tağızadənin bacısı oğlu olduğu bildirilir.