logo

Əhməd Əhmədzadənin yerinə “Bravo”nun direktoru təyin olundu

12:45 05-04-2021 | icon 2548
Əhməd Əhmədzadənin yerinə “Bravo”nun direktoru təyin olundu

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

 YeniAvropa xəbər verir ki, Zaur Mikayılov 1992-1998-ci illərdə Türkiyənin Boğaziçi Universitetində təhsil alıb.

O, 2001-2009-cu illərdə  "Bakcell" MMC-də baş kommersiya inzabatçısı kimi çalışıb.çalışıb. 

Zaur Mikayılov daha əvvəl ölkənin aparıcı supermarketlərindən biri olan BRAVO-nin rəhbəri olub. BRAVO supermarketlərinin sahibi kimi "Azərbaycan Supermarket” MMC göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatda olan və nizamnamə kapitalı 2 min manat təşkil edən "Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi Mikayılov Zaur Rauf oğludur.

"Azərbaycan Supermarket” MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmasa da, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında "Paşa İnşaat”, "Paşa Technology”, "Paşa Sığorta” kimi şirkətlərin də olduğu qeyd olunub.

Zaur Mikayılov "Agro Supply” MMC-nin də qanuni təmsilçisidir. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkət ötən il "PAŞA Holdinq” tərəfindən yaradılıb.

 O, daha əvvəl  "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub və "Port Baku Towers"in baş direktoru olub.