logo

Idmançılarımız “Tokio-2020”yə indiyədək 16 lisenziya qazanıblar

10:32 02-04-2021 | icon 2198
Idmançılarımız “Tokio-2020”yə indiyədək 16 lisenziya qazanıblar

Azərbaycan idmançıları Tokio şəhərində keçiriləcək XXXll Yay Olimpiya Oyunlarına indiyədək 16 lisenziya qazanıblar.

YeniAvropa xəbər verir ki, bu barədəMilli Olimpiya Komitəsindən bildirilib. Qeyd edilib ki, lisenziyalar atletika (2), atıcılıq (1), bədii gimnastika (2), idman gimnastikası (2), sərbəst güləş (3), qadın güləşi (1), yunan-Roma güləşi (1), üzgüçülük (1), velosiped (şose, 1), boks (1), taekvondo (1) üzrə qazanılıb.

Olimpiya Oyunlarına vəsiqəni atletika üzrə Anna Skidan (çəkicatma), Nazim Babayev (üç təkanla tullanma), üzgüçülük üzrə Maksim Şemberev (400 m qarışıq), qadın güləşi üzrə Mariya Stadnik (50 kq), sərbəst güləş üzrə Şərif Şərifov (97 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşi üzrə İslam Abbasov (87 kq), bədii gimnastika üzrə Zöhrə Ağamirova (çoxnövçülük), Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası (qrup, çoxnövçülük), idman gimnastikası üzrə Marina Nekrasova (çoxnövçülük), İvan Tixonov (çoxnövçülük), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma), taekvondo üzrə Milad Beigi Harçeqani (80 kq), boks üzrə Tayfur Əliyev (57 kq) əldə ediblər. Həmçinin Azərbaycan millisi şose velosipedi idman növündə 1 lisenziyaya sahib olub.

Hazırda lisenziya yarışları davam edir.

Xatırladaq ki, "Tokio-2020" Yay Olimpiya Oyunları pandemiya səbəbindən ötən il baş tutmadı və bu ilin yayınadək təxirə salınmışdı.