logo

Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlanıb

17:27 30-03-2021 | icon 1925
Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlanıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki,millimizin start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, İsmayıl İbrahimli, Emin Mahmudov, Anatoli Nuriyev və Əli Qurbani çıxacaqlar.

Serbiya seçməsinin ilk on birliyində isə Predraq Raykoviç, Uroş Spaiç, Straxinya Pavloviç, Stefan Mitroviç, Nemanya Radoniç, Sergey Milinkoviç-Saviç, Nemanya Maksimoviç, Filip Kostiç, Duşan Tadiç, Nemanya Qudel və Aleksandar Mitroviç yer alıblar.

Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupdakı hər iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə razılaşıb - 2:2.

Hazırda Serbiya millisi 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Xalı olmayan Azərbaycan millisi isə 4-cü pillədə qərarlaşıb.