logo

Bakı sakinləri işğaldan azad olunan ərazilərə keçmək istərkən saxlanıldılar

16:26 23-02-2021 | icon 280
Bakı sakinləri işğaldan azad olunan ərazilərə keçmək istərkən saxlanıldılar

İşğaldan azad olunmuş ərazilərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postunda xidmət aparan polis əməkdaşları fevralın 22-də “Niva” markalı iki avtomobili saxlayıblar. Yoxlama zamanı avtomobildə xüsusi geyim formasında olan sürücü və sərnişinlər hərbi qulluqçu olduqlarını bildiriblər. Lakin polisin tələbinə əsasən onlar heç bir rəsmi sənəd təqdim etməyərək, israrla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstəriblər. Onların bu cəhdinin qarşısı alınıb və saxlanılaraq avtomobilləri ilə birlikdə Füzuli rayon Polis Şöbəsinə gətiriliblər.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, ilkin araşdırmalarla müəyyənləşdirilib ki, xüsusi geyim formasında olan həmin şəxslər – Bakı şəhər sakinləri Vüsal Abdullayev, Zahir Əlişov, Rəvan Bəşirov, Pənah İbrahimov və Rəşad Əliyev mülki şəxslər olmalarına baxmayaraq, əldə etdikləri xüsusi geyim formasından qanunsuz istifadə etməklə işğaldan azad edilmiş ərazilərə keçmək niyyətində olublar.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib olunub və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.