logo

Ərdoğan və Ruhani arasında telefon danışığı olub

21:12 21-02-2021 | icon 273
Ərdoğan və Ruhani arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir  ki,bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, prezidentlər iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələr üzrə ikitərəfli münasibətlər və regional prosesləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsi istiqamətində həmfikir olduqlarını bildirib.

ABŞ-ın yeni rəhbərliyindən İrana qarşı tətbiq edilən sanksiyalardan imtina etmələrini istədiklərini deyən Türkiyə prezidenti, son bir neçə gündə bu mövzuda edilən açıqlamaların yeni bir fürsət pəncərəsi açdığını qeyd edib. Bildirilib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən fəaliyyətə keçməsi nöqtəsində bütün tərəflərin görüşmələri ən doğru yoldur və bütün çətinliklərə baxmayaraq dialoq qapılarını açıq saxlamaq vacibdir.