logo

Operativ Qərargah Azərbaycan millisinin ev oyununa razılıq verdi

17:57 17-02-2021 | icon 2086
Operativ Qərargah Azərbaycan millisinin ev oyununa razılıq verdi

Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün müraciətini müsbət cavablandırıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov məlumat verib. O, yığmanın məşq etməsi üçün razılıq alındığını söyləyib. 

Qeyd edək ki, J.Silvanın başçılıq etdiyi komanda seçmə mərhələnin III turunda Moldavanı qəbul edəcək. Martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan yığması iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.