logo

Zəngilan rayonunun Babaylı kəndinin videogörüntüləri yayıldı

16:06 16-02-2021 | icon 1771
Zəngilan rayonunun Babaylı kəndinin videogörüntüləri yayıldı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Zəngilan rayonunun Babaylı kəndinin videogörüntülərini paylaşıb.

YeniAvropa xatırladır ki, Babaylı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 21-də kəndi işğalçılardan azad edib.

 Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: