Sabah Bakıda 11° isti olacaq
Azərbaycanda fevralın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 9-11° isti olacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 0-2° şaxta, gündüz 13-18° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-7° isti, yüksək dağlıq ərazilərdə 2-6° şaxta, gündüz 7-12°, bəzi yerlərdə 15-17° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 13-18° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 13-18° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 14-18° isti, dağlarda gecə 7-9°, gündüz 14-17° isti olacağı gözlənilir.
Lənkəran polisinin axtardığı dələduz qadın 6 il sonra Tovuzda tapıldı
Sabah Bakıda 7° isti olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Peskov: "Rusiya baş verənləri Ermənistanın daxili işi hesab edir"
21 güləşçimiz Kiyev turnirinə yollanıb
Ordu istefa tələb etdi, Paşinyan isə Baş Qərargah rəisini istefaya göndərdi
İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimdə
Sabah “Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək
Bərdə Peşə Liseyinin direktoru həbs edildi
Pakistan şirkəti Lahor-Bakı birbaşa aviareysinə başlayır
"Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Gürcüstanda dövlət bayraqları endirildi-sovet işğalının 100 ili
Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın ad gününü təbrik etdi
MN Qubadlı rayonunun Yusifbəyli kəndinin videogörüntülərini paylaşıb
Respublikanın əksər avtomobil yolları şaxtadan buz bağlayıb
Qaxda qar örtüyünün hündürlüyü 48 santimetrə çatır
Azərbaycan neftinin qiyməti yeni rekord vurdu- 66,77 dollar
Ölkə üzrə ən aşağı temperatur Qubada qeydə alınıb -17° şaxta
Ötən gün qarda yıxılaraq xəstəxanaya yerləşdirənlərin sayı 59-a çatdı
Baydenin Qafqaza dəstəyi Rusiyanı geri oturda bilər – The Hill yazır
Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur-Azay Quliyev:
Azərbaycan-Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib
Azay Quliyev ATƏT PA-nın qış sessiyasında regional sülhdən danışdı