logo

Ərdoğan:İHA və SİHA-lar Qarabağ cəbhəsində oyunları pozan tərəf oldu

21:20 09-02-2021 | icon 1582
Ərdoğan:İHA və SİHA-lar Qarabağ cəbhəsində oyunları pozan tərəf oldu

Otuz ildir ki, Azərbaycan torpağı Qarabağı işğal altında tutdunuz. O torpaqlar azərbaycanlı qardaşlarımızındır. Azərbaycanın özü qərar verib Qarabağı geri aldı və biz də əlimizdən gələn dəstəyi verdik.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikirləri prezident Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada keçirilən Türkiyə Milli Kosmos Proqramının təqdimat mərasimindəki çıxışında deyib.

Dövlət başçısı Türkiyənin kosmos və peyk texnologiyalarında böyük uğurlar qazandığını diqqətə çatdırıb.

"Qardaş ölkənin milli istehsalı olan İHA (pilotsuz uçuş aparatları) və SİHA-lar ilə (pilotsuz silahlı uçuş aparatları) cəbhədə oyunları pozan tərəf olmağı bacardıq",-deyə prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.