logo

ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

17:28 08-01-2021 | icon 2142
ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan qazının Avropaya çatması münasibətilə rəsmi Bakıya təbrik  mesajı ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib.

 
“Azərbaycan qazını birbaşa Avropaya çatdıran və eyni zamanda Azərbaycanın iqtisadi yüksəlişinə kömək edən tarixi Cənub Qaz Dəhlizinin başa çatması münasibətilə təbrik edirik.

ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri davamlı olaraq dəstəkləyir", - deyə təbrik mətnində bildirilib.