logo

Lənkəranda ağır avtoqəza: Ölən və yaralı var

14:10 04-01-2021 | icon 1799
Lənkəranda ağır avtoqəza: Ölən və yaralı var

Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildidilib. Qeyd edilib ki, hərəkətdə olan 90-NE-547 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtonəqliyyat vasitəsini yol kənarındakı daş hasara, sonra ağaca çırparaq su kanalına aşıb.
Sürücü, Lənkəran rayonunun Girdəni kənd sakini, 1994-cü il təvəllüdlü Yunis Kərimov hadisə yerində ölüb. Maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Elşən Bəndizadə isə ağır bədən xəsarətləri alıb.
O, deformasiyaya uğramış avtomobildən çıxarılaraq qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.