logo

Dünyanın ən yaşlı qadını 118-ci doğum gününü qeyd edir

11:59 02-01-2021 | icon 308
Dünyanın ən yaşlı qadını 118-ci doğum gününü qeyd edir

Yanvarın 2-də dünyanın ən yaşlı qadını Kane Tanaka anadan olmasının 118-ci ildönümünü qeyd edir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, K.Tanaka pandemiya dövründə yaxın qohumları ilə demək olar görüşməyib. Doğum günü münasibətilə onu qocalar evinin əməkdaşları və sakinləri təbrik ediblər. Onlar K.Tanaka üçün xüsusi mahnı oxuyublar.

Qeyd edilir ki, dünyanın ən yaşlı qadını 2021-ci ilin mayında Tokio Olimpiadasının məşəl estafetində iştirak etməyə hazırlaşır. Belə ki, mayın 11-də onun əlil arabasında Olimpiya məşəli ilə 200 metr məsafəni qət edəcəyi planlaşdırılır.

Xatırladaq ki, K.Tanaka 1903-cü il yanvarın 2-də dünyaya gəlib. 2018-ci ildən isə dünyanın ən yaşlı qadın sakini adını daşıyır.

Ginnesin Rekordlar Kitabına əsasən, dünyanın ən uzunömürlü sakini Fransa vətəndaşı olmuş Janna Kalmana məxsusdur. 1997-ci ildə vəfat edərkən onun yaşı 122 il 164 gün təşkil edib.

2020-ci il sentyabrına olan məlumata görə, Yaponiyada 100 yaşdan yuxarı 80 min nəfər yaşayır. Onların 88 faizi və ya 70 min 975 nəfəri qadınlardır.