logo

Azərbaycan zəfər qazanmaqla gücünü dosta da, düşmənə də göstərdi

10:29 12-11-2020 | icon 1890
Azərbaycan zəfər qazanmaqla gücünü dosta da, düşmənə də göstərdi
Azərbaycan Ordusu böyük zəfər qazandı. Azərbaycan gücünü dosta da, düşmənə də göstərdi.

 YeniAvropa xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, Azərbaycanın qələbəsini Türkiyədə də hər kəs paylaşdı.

Mövlud Çavuşoğlu şəhidlərə, mülki əhali arasında həlak olanlara Allahdan rəhmət diləyib.

“Bəyanatın 5-ci maddəsinə uyğun olaraq biz Rusiya ilə birlikdə memorandum imzaladıq. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq”,-deyə Çavuş oğlu bildirib.

 Onun sözlərinə görə, yeni yaradılacaq monitorinq mərkəzi Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq: “Ümid edirik ki, Ermənistan keçmişdəki hərəkətlərindən dərs alıb. Səmimi deyirəm ki, bundan Ermənistan xalqı da faydalanacaq. Bundan hər kəs faydalanacaq. Biz atılacaq addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik”.

"Azərbaycanda özümüzü Vətənimizdəki kimi hiss edirik. Müharibədə qazandığımız qələbə münasibətilə Azərbaycan prezidentini, Müzəffər Ordunu və Azərbaycan xalqını təbrik edirəm. Müharibəni istəyən Ermənistan olmuşdu.

Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəslə bağlı bəyanat imzalanıb. Bundan əvvəl də 3 dəfə atəşkəs imzalanmışdı. Hamısını da pozan Ermənistan olub. Ermənistan yenidən Qarabağla bağlı razılaşmaları pozmağa çalışsa, yenə zərbə və dərs alacaq. Azərbaycan həmişə məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Biz əvvəldən də deyirdik ki, Azərbaycan hansı qərarı qəbul edirsə etsin biz onun yanındayıq", - Çavuşoğlu əlavə edib.

O bildirib ki, işğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək. Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var.

“Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində “həm qadirik, həm hazırıq” deyirsə, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbir edib”, - deyə o, qeyd edib.