Ceyhun Bayramov: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz
İsrailin “Hayom” qəzetində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun müsahibəsini dərc edilib.
YeniAvropa xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Müsahibədə nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyi, Ermənistanın uzun illər davam edən işğalçı siyasəti və danışıqlar prosesində nümayiş etdirdiyi destruktiv mövqeyindən danışıb. Bildirib ki, artan cəzasızlıq hissi Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutmağa və “yeni ərazilər üçün yeni müharibə” şüarı ilə ərazi iddialarını irəli sürməyə təşviq edib: "Bu, hazırda qarşılaşdığımız vəziyyətə gətirib çıxarıb. Azərbaycan danışıqlara başlamağa hazırdır, lakin bunun üçün Ermənistan öz silahlı qüvvələrini işğal altındakı torpaqlardan çıxarması barədə öhdəlik götürməlidir. Güzəşt məsələsinə gəldikdə, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz".
Nazir Yaxın Şərqdə sülh prosesində inkişafın Azərbaycan tərəfindən diqqətlə izlənildiyini bildirib. Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin həmişə dəstək göstərdiyini, “İbrahim razılaşmaları”nın bütün bölgənin inkişafına və rifahına töhfə verəcəyinə inandığını qeyd edən nazir, həmçinin ikitərəfli münasibətlərdən danışıb, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş perspektivlərinin olduğunu vurğulayıb. Deyib ki, turizm daha geniş əməkdaşlıq üçün perspektivli sahədir. İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar və qarşılıqlı viza prosedurunun asanlaşdırılması turizmin hər iki istiqamətdə inkişafını təşviq edir.
Yəhudilərlə azərbaycanlılar arasında münasibətlərə toxunan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, bu əlaqələr həmişə çox yaxşı olub. Yəhudilər Azərbaycanda əsrlər boyu yaşayırlar. Bu müddət ərzində yəhudilər və azərbaycanlılar sülh və dostluq şəraitində birgə yaşayırdılar. Belə gözəl ənənənin davamlığı ilə fəxr edirik. Bu icmanın ölkəmizin inkişafına töhfəsini yüksək qiymətləndiririk. İcma, eyni zamanda, Azərbaycan ilə İsrail arasındakı münasibətlərin inkişafında da rol oynayır.
804-cü gün:Rusuya Ukrayna müharibəsində 476 mindən çox hərbçisini itirib
Yağıntılı hava şəraiti mayın 9-dək davam edəcək
AZAL Bakı-Dubay aviareysinə xüsusi təkliflər edir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Türkiyənin bir sıra bölgələrində təkrar bələdiyyə seçkiləri keçiriləcək
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə olunub
Slovakiyanın baş nazir Azərbaycana rəsmi səfərə gəlib
Xəzər dənizində dalğanın hündürlüyü 3,4 metrə çatıb
Azərbaycan və Özbəkistanın İcbari Tibbi Sığorta qurumları əməkdaşlıq edəcək
Futzal millimiz FIFA reytinqdə 29-cudur
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
12 taekvondoçumuz Avropa çempionatına yollanır
Azərbaycan-Ermənistan sərhədində artıq 40 sərhəd dirəyi quraşdırılıb
Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
AZAL yayda 60-dək istiqamət üzrə uçaşlar təşkil edəcək
Almatıda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin konturlarının çiziləcək?
I Qarabağ müharibəsinin 4 itkin şəhidi sabah dəfn ediləcək
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Krımda Rusiyaya məxsus daha bir hərbi gəmi məhv edilib
Millimiz "EURO-2025"in seçmə mərhələ oyunlarını Moldovada keçirəcək
22 samboçusu Avropa çempionatına yollanacaq