logo

Putin "Mi-24" helikopterinin həlak olan heyət üzvlərinin adını açıqladı

18:35 10-11-2020 | icon 1848
Putin "Mi-24" helikopterinin həlak olan heyət üzvlərinin adını açıqladı

Rusiya prezidenti Vladimir Putin ötən gün Ermənistan ərazisində Azərbaycan hərbçiləri tərəfindən vurulan "Mi-24" helikopterinin heyət üzvlərinin adlarını açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bilirsiniz ki, dünən baş vermiş faciəvi insident nəticəsində iki yoldaşımız – Ermənistandakı Rusiya hərbi bazasında xidmət aparan pilotlarımız həlak olub. Bunlar mayor Yuri İşuk və baş leytenant Roman Fedindir”, - deyə Rusiya prezidenti bildirib.

V.Putin həmçinin, hadisə nəticəsində yaralanan pilot-operatorun da tezliklə sağalmasını arzu edib.