logo

Co Bayden ABŞ-ın 46-cı prezident seçilib

21:11 07-11-2020 | icon 343
Co Bayden ABŞ-ın 46-cı prezident seçilib

Noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasından olan namizəd Co Bayden(Joe Biden) qalib gələrək ölkənin 46-cı prezidenti olub. 

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu xəbər kanalları-"CNN", "NBC" və "AP"  məlumat yayıb. 

Verilən məlumatlara əsasən, Bayden qələbə üçün lazım olan 270 səsə qarşı 284 səs toplayaraq ölkə prezidenti seçilib. 

Proqnoz Pensilvaniya üzrə yeni məlumatlar fonunda yenilənib.

Yeni seçilən prezident gələn il yanvarın 21-dən vəzifəsinin icrasına başlayacaq.

O vaxtadək isə Donald Tramp  prezidentin səlahiyyətlərini icra edəcək.